İdman

Droqba cərimələndi

22 Oktyabr 2016 15:23
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MLS "Montreal İmpact"ın hücumçusu Didye Droqbanı cərimələyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı təcrübəli forvard "Toronto" ilə oyunda (2:2) iştirak etmək istəmədiyinə görə qeyri-müəyyən məbləğdə cərimə ödəməli olacaq. Belə ki, Droqba baş məşqçi Mauro Byello tərəfindən ehtiyatda saxlanacağını biləndən sonra adının iştirak ərizəsidən çıxarılmasını istəmişdi. Futbolçunun bu konflikt səbəbindən klubu tərk etmək fikrinə düşdüyü də qeyd olunur. Buna baxmayaraq "Montreal"ın prezidenti məsələnin yoluna qoyulduğunu bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.