İdman

2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı Bakıda keçirilə bilər

22 Oktyabr 2016 11:06
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu il Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) Belarusda keçirilməyəcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov TASS-a açıqlamasında bildirib.

O, həmin il Minskdə II Avropa Oyunlarının təşkil olunacağını, EYOF-un isə Avropa Olimpiya Komitələri tərəfindən başqa ölkəyə həvalə ediləcəyini söyləyib: "Bu festivalı keçirməkdə Azərbaycan maraqlı olduğunu ifadə edib".
Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Report"a açıqlamasında EYOF-u keçirmək fikrində olduqlarını təsdiqləyib: "II Avropa Oyunlarının Belarusda keçirilməsinə dair qərar verildikdən sonra festivalın digər ölkədə təşkili variantı yarandı. Biz də öz növbəmizdə belə bir istəkdə olduğumuzu bildirdik. Hələlik başqa namizəd yoxdur. Məsələ müzakirə olunduqdan sonra yaxın bir həftə ərzində qərar qəbul ediləcək".

Qeyd edək ki, indiyədək Azərbaycanda EYOF keçirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.