İdman

İlin ən yaxşı məşqçisi kim olacaq? - SİYAHI

22 Oktyabr 2016 08:13
1 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA 2016-cı ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin geniş siyahısını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, siyahıda 22 məşqçinin adı var.
 
Yaxın zamanlarda FİFA siyahını 10 nəfərədək azaldacaq.
 
Geniş siyahıda aşağıdakı məşqçilərin adları göstərilib: F.Santuş (Portuqaliya yığması), D.Deşam (Fransa yığması), M.Alleqri ("Yuventus"), K.Ranyeri ("Lester"), M.Sarri ("Napoli"), Y.Lyov (Almaniya yığması), K.Koulmen (Uels), L.Laqerbek (İslandiya), M.Onil (Şimali İrlandiya), Z.Zidan ("Real" Madrid), U.Emeri ("Sevilya"/PSJ), L.Blan (PSJ-nin sabiq məşqçisi), H.Qvardiola ("Bavariya"/"Mançester Siti"), Y.Klopp ("Liverpul"), L.Enrike ("Barselona"), H.Martino (Argentina/"Atlanta Yunayted"), M.Poççetino ("Tottenhem"), D.Simeone ("Atletiko" Madrid), İ.Ambriz ("Amerika"), X-A. Pitsi (Çili), R.Rueda ("Atletiko Nasyonal"), R.Vitoriya ("Benfika").
 
Qeyd edək ki, 2015-ci ilin ən məşqçisi mükafatına  "Barselona" klubunun baş məşqçisi Luis Enrike layiq görülmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.