İdman

"48 saat əvvəl Pogba anti-qəhrəman idi. İndi isə fenomendir"

21 Oktyabr 2016 21:21
0 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının cari mövsümü üçün 3. turu çərçivəsində baş tutan 'Mançester Yunayted' və 'Fənərbağca' görüşündən sonra tərəflər jurnalistlərin suallarını cavablandırıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, böyük hesablı qələbədən sonra İngiltərə təmsilçisinin baş məşqçisi Jose Mourinyo nəticədən olduqca məmnun olduğunu bildirib; "Bu oyunda qələbə qazanmağımız olduqca vacib idi. Rəqib çox yaxşı müdafiə planı ilə meydana çıxmışdı. Lakin 2-0 dan sonra oyun bizim üçün daha asan olmağa başladı. 4-0 dan sonra isə oyunun tempini aşağı salmağa çalışdıq. 'Fenerbahce' isə sona qədər mübarizə apardı. Son dəqiqələrdə qapımızda qol görməyimiz məni məyus etdi. Niyə ikinci penaltini Pogbanın yerinə yetirməməsi sualına gəlincə isə, bundan özü imtina etdi. Runi də Martialın yerinə yetirməsini istədi. Öz aralarında razılığa gəldikdən sonra heç bir problem yoxdur. 48 saat əvvəl Pogba anti-qəhrəman idi. İndi isə fenomendir. Pogba olduqca disiplinli və istedadlı oyunçudur. Ona sadəcə zaman lazımdır". Qeyd edək ki, A qrupunda baş tutan görüş 4-1 hesabı ilə ada təmsilçilərinin xeyrinə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.