İdman

Almaniyada müsəlman futbolçulara şok

31 Yanvar 2015 21:05
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniya Futbol Klubları Birliyinin (DFL) keçən il Bundesliqada oynayan müsəlman futbolçuların oruc tutmasını qadağan etməyə çalışdığı iddia edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, "Spiegel" jurnalında yer alan xəbərə görə, DFL keçən il aprel ayında futbolçuların əməl etməsini istədiyi qaydalardan ibarət 29 səhifəlik bir saziş layihəsi hazırlayıb.
 

Sazişin səhiyyə və xəstəliklə bağlı bölümündə yer alan bir maddəsində "sağlam və formada olması məqsədilə dini borcunu yerinə yetirmək və bənzəri hallarda futbolçulardan fiziki və zehni ehtiyaclarına üstünlük verməsinin" tələb olunduğu irəli sürülüb. Həmin maddənin Ramazan ayında futbolçuların oruc tutmasının qarşısının alınması məqsədi güddüyü bildirilib.

Mövzu haqqında açıqlama verən VDV rəhbəri Ulf Baranovski, belə bir maddənin konstitusiyada yer alan din azadlığına zidd olduğunu və Bundesliqanın beynəlxalq bazar dəyərinə mənfi təsir edə biləcəyini vurğulayıb.

Bundesliqa və ikinci liqada forma geyinən müsəlman futbolçuların oruc tutması, Almaniyada hər il Ramazan ayında mübahisələrə yol açır. İkinci Liqa komandalarından FSV Frankfurt 2009-cu ildə Ramazan ayında oruc tutduqları səbəbindən 3 oyunçusunı məzəmmət etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.