İdman

Dik Advokat: "Qrupumuzda hər şey ola bilər"

21 Oktyabr 2016 19:24
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk yarım saatda bərabər səviyyəli oyun keçdi. Ancaq belə səviyyəli komanda ilə oyunda bu cür qollar buraxırsansa, nəticə bu olacaq. İki qolu penaltidən vurdular. Üçüncü qolda səhvimiz oldu. Öz işimizi çətinləşdirdik. Dördüncü qoldan sonra oyun bizim üçün bitdi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Dik Advokat Avropa Liqasının üçüncü turunda "Mançester Yunayted"ə 1:4 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

O, heyətin səviyyəsinə görə qollar buraxmadıqlarını bildirib:

"Qarşıda üç oyunumuz var. Bu görüşlərdən ikisini öz meydanımızda oynayacağıq. Qrupumuzda hər şey ola bilər. Burada uduzmaq utanılası bir şey deyil, ancaq necə uduzduğumuz böyük problemdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.