İdman

"Qarabağ"ın oyunçusu Poqbanı geridə qoyub, Avropanın ən yaxşısı oldu - YENİLƏNİB - FOTO

21 Oktyabr 2016 17:37
0 Şərh     Baxış: 4 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:37

Avropa Liqasının ötən gün keçirilən 3-cü turunun ən yaxşı oyunçusu adına "Qarabağ"ın ispan oyunçusu Dani Kintana laiq görülüb.

Bu göstərici ilə UEFA-nın rəsmi saytında avropalı futbol həvəskarlarının seçimi nəticəsində 69% səs çoxluğuyla Dani dünyanın və "Maçester Yunayted"in ulduz futbolçusu Poqbanı qabaqlayaraq bu nailiyyəti əldə edib.

----------

13:09

Ötən axşam Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2:0 hesabı ilə PAOK-a qalib gələn "Qarabağ" daha bir uğura yaxındır.

Milli.Az xəbər verir ki, "Qarabağ"ın dünənki qarşılaşmada meydanda ən yaxşısı olan - iki qoldan birinin müəllifi Dani Kintana UEFA-nın azarkeşlər arasında həftənin ən yaxşı oyunçusu adına sorğusunda əsas namizəddir.

Bu dəqiqəyə qədər olan səsvermənin nəticəsinə görə, Dani Kintana səslərin 70%-ni toplamaqla birinci yerdə qərarlaşıb. Ən yaxın izləyicisi "Manchester United"in ulduz futbolçusu Pol Poqbadır. O, səslərin 8%-ni toplamağı bacarıb.

Səs vermək üçün http://mvp.uefa.com/en/uefaeuropaleague/results linkinə daxil olub, UEFA-da hesabınız yoxdursa, sol tərəfdəki digər sosial şəbəkələrlə bağ vasitəsilə Danini birinci edə, həmçinin səs verdikdən sonra sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Səsvermənin sonuna 3 saat 45 dəqiqə qalıb.

Səs verin, Dani birinci olsun!

Təhməz Təkin

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.