İdman

"Qarabağ" qrupdan çıxacaq” - Abdolbari Gözəl

21 Oktyabr 2016 00:50
1 Şərh     Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda öz meydanında PAOK-la qarşılaşan "Qarabağ" 2:0 hesablı qələbəyə sevindi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, oyun başa çatdıqdan sonra ağdamlıların fəxri prexidenti Abdolbari Gözəl sualları cavablandırıb.

- Oyun haqqında ümumi fikirlərinizi bildirin zəhmət olmasa...

- Komandamız bu gün, çox şükür, yaxşı oynadı. 25 ildir müstəqil olan Azərbaycan hər yerdə olduğu kimi, futbolda da inkişaf edir. 2:0 hesablı yaxşı qələbə qazandıq. Bir az kefimiz pozulmuşdu, ancaq olur belə şeylər. Hər klubda baş verir. Nəticədə top yuvarlaqdı, hər yerə gedə bilər. Ancaq bu gün çox böyük bir müvəfəqiyyət qazandılar. Getdim komandanı təbrik elədim.

- Bu komandaların cavab oyunundan nə gözləyirsiz?

- Biz artıq rəqibi tanıdıq. Bu barədə ən yaxşı baş məşqçimiz Qurban müəllim danışa bilər, ancaq mən inanıram ki, orda da yaxşı olacaq. Nigaran deyiləm. "Qarabağ" özünə güvənir. Özünəməxsus oyun tərzi, stili var. Bir oyun mədəniyyəti formalaşdıra bilib.

- Ehtiyat oyunçular skamyasında çatışmazlıqlar var. Zədəli oyunçular da nəzərə alsaq, əskiklər çoxdu. Baş məşqçi istəsə, yeni transferlər ola bilərmi?

- Transfer o qədər də asan iş deyil. Bəzən çox yaxşı futbolçu da gətirsən, kluba alışa, burda oynaya bilmir. Dediyim kimi, "Qarabağ"ın özünəməxsus stili var. Həmişə komandaya "yeni qan" verəcək oyunçu axtarırıq. Əlbəttə ki, transfer hər zaman diqqətimizdədi. O daim olmalıdı.

- Komandanın artıq 4 xalı var. Qrupdan çıxmaq şanslarınız necədi?

- Onu deyə bilmərəm. Mənim "blef" eləməkdən xoşum gəlmir. Ancaq mən "Qarabağ"a inanıram. İnşallah qrupdan çıxacaq.

- Oyunu necə izlədiz? Ayaqüstə, ya oturaraq?

- Bəzən ayağa qalxdım, bəzən oturdum. Həm qollarda, həm də təhlükəli vəziyyətlərdə həyəcanla qalxıb-otururduq. İkinci qoldan sonra isə tam rahatlandıq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.