İdman

"Boyunuzu yerə soxum!" - “Neftçi” azarkeşlərindən etiraz - FOTO

1 Oktyabr 2016 20:51
6 Şərh     Baxış: 6 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində hazırda keçirilən "Neftçi" - "Kəpəz" matçı ev sahiblərinin azarkeşlərinin etirazı ilə start götürüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın bir qrup fanatı hələ matç başlamamışdan "Neftçi"nin futbolçularının əleyhinə şüarlar səsləndiriblər.
 
Bu şüarlar komandalar meydana daxil olandan sonra da davam edib. Onlar əvvəlcə "Masazır yaxın gəlir, gedin, gedin Dubaya" şüarını səsləndirərək, klub rəhbərliyinin ünvanına söz atıblar. Fanatlar bununla "Neftçi"nin ev oyunlarının Masazırda yerləşən "Əlincə Arena"da keçirilməsinə etirazlarını bildiriblər.
 
Daha sonra azarkeşlər "Boyunuzu yerə soxum" şüarını səsləndirməklə, futbolçuların çıxışından narazı qaldıqlarına işarə ediblər.
 
Qeyd edək ki, ilk hissəsi oynanılan matçda hələ ki, hesab açılmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.