İdman

Boksçu rinqdə aldığı zədələrdən öldü

1 Oktyabr 2016 08:09
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüş zamanı aldığı zədələrdən keçinib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Qarşılaşma cümə axşamı Qlazqo şəhərində baş tutub. Touell görüşün 5-ci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib, daha sonra xəstəxanaya aparılıb.
Boksçunun menecerinin sözlərinə görə, Touell ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü idmançı 26 yaşında dünyasını dəyişib.
O, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə olmaqla 11 qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.