İdman

"Eləsi vardı, bunun narkotik olduğunu düşündü"

30 Sentyabr 2016 22:59
1 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 29-da 40 yaşını qeyd edən Andrey Şevçenkonun maraqlı fikirləri nəşr olunub. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi yerli qəzetlərdən birinə bunları deyib:

""Milan"ın bazasına ilk dəfə donuz piyi gətirəndə bəzi uşaqlar qorxdu. Eləsi vardı, bunun narkotik olduğunu düşündü. Həmin vaxt bilmirdim ki, italyanlar heç vaxt donuz piyi görməyib. Necə ki Afrikada heç vaxt qar olmur. Piydən bir parça kəsib Maldiniyə təklif etdim. O imtina etdi. Kəsdiyim hissəni çörəyin arasına qoyub çeynəməyə başladım. Onların gözlərindəki təəccübü təsvir edə bilmirəm. Nəticəsi necə oldu, bilirsiz? Sonra hər dəfə İtaliyaya gələndə bir torba donuz piyi gətirməli olurdum. Sifarişlər o qədər çoxalmışdı ki, "Ukrayna narkotik"ini bazaya gətirdiyim üçün peşman olmağa başlamışdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.