İdman

"Yenidən bura qayıtmaq gözəl idi, amma..."

30 Sentyabr 2016 23:40
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Feyenoord"un şərəfini qoruyan Dirk Kuyt "Fənərbağça" ilə oyundan sonra maraqlı açıqlamaları ilə yadda qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ona göstərilən münasibətdən məmnun qaldığını söyləyib: "Burada rəqib olmaq olduqca qəribədir. Yenidən bura qayıtmaq gözəl idi, amma uduzduğumuz üçün üzgünəm. Burada bu cür qarşılanmaq çox gözəl idi. Özümü evdəki kimi hiss edirdim. Buna görə hamıya təşəkkür edirəm. Qarşılaşmaya gəlincə, "Fənərbağça" aqressiv başladı, ümumiyyətlə, ilk hissəda yaxşı oynadılar. Biz yalnız 30-cu dəqiqədən sonra özümüzə gəldik, epizodlar yaratdıq, amma olmadı. Biz gənc komandayıq. Avropada təcrübəmiz çox deyil. İnkişaf etməyə davam edəcəyik".

Qeyd edək ki, "Fənərbağça" "Feyenoord"u 1:0 hesabı ilə məğlub edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.