İdman

"İnter"dən gözlənilməz məğlubiyyət

30 Sentyabr 2016 13:17
0 Şərh     Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 12 qrupda 24 qarşılaşma baş tutub.

APOEL, "Zenit", "Ayaks", "Şaxtyor", "Krasnodar" və "Şalke" ikinci qələbəsini qazanıb. Ən gözlənilməz nəticə "İnter"in Çexiya "Sparta"ya yenilməsi olub.
 
"Qəbələ"nin çıxış etdiyi C qrupunda "Maynts" ilk qələbəsini qazanaraq, "Anderlext"ə çatıb. Belçika təmsilçisi bu dəfə səfərdə 1 xalla kifayətlənib. "Sent-Etyenn" isə ardıcıl 2-ci heç-heçəsini rəsmiləşdirib. Xalı olmayan təmsilçimiz son sırada qərarlaşıb.
 
"Qarabağ"ın mübarizə apardığı J qrupunda isə "Fiorentina" və PAOK ilk qələbə ilə liderliyi bölüşürlər. Sonuncular səfərdə "Slovan" üzərində əzmkar qələbə qazanıblar. Top fərqində "Slovan"dan da geri qalan Azərbaycan çempionu sonuncu pillədədi. 

Avropa Liqası
Qrup mərhələsi
II tur, 29 sentyabr

A qrupu

"Fənərbağça" (Türkiyə) - "Feyenoord" (Hollandiya) - 1:0

Qol: Emenike, 18

"Mançester Yunayted" (İngiltərə) - "Zarya" (Ukrayna) - 1:0
Qol: İbrahimoviç, 69

B qrupu

"Astana" (Qazaxıstan) - "Yanq Boyz" (İsveçrə) - 0:0

"Olimpiakos" (Yunanıstan) - APOEL (Kipr) - 0:1

Qol: Sotiriu, 10

C qrupu

"Sent-Etyen" (Fransa) - "Anderlext" (Belçika) - 1:1

Qollar: Rua, 90+4 - Tilemens, 62-p.

"Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya) - 2:3

Qollar: Qurbanov, 57-p., Zenyov, 62 - Muto, 41, Kordoba, 68, Öztunalı, 78

D qrupu

"Zenit" (Rusiya) - "Alkmaar" (Hollandiya) - 5:0

Qollar: Kokorin, 26, 59, Culiano, 48, Krişito, 66-p., Şatov, 80

"Dandalk" (İrlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0

Qol: Kildaff, 72

E qrupu

"Austria" (Avstriya) - "Viktoriya" (Çexiya) - 0:0

"Roma" (İtaliya) - "Astra" (Rumıniya) - 4:0

Qollar: Strootman, 15, Fasio, 45+2, Fabrisio, 47-öz qapısına., Salah, 54

F qrupu

"Atletik" (İspaniya) - "Rapid" (Avstriya) - 1:0

Qol: Benyat, 59

"Genk" (Belçika) - "Sassuolo" (İtaliya) - 3:1
Qollar: Karelis, 8, Beyli, 25, Buffel, 61 - Politano, 65

G qrupu

"Ayaks" (Hollandiya) - "Standard" (Belçika) - 1:0

Qol: Dolberq, 28

"Selta" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0

Qollar: Qvidetti, 84, Vass, 89

H qrupu

"Gent" (Belçika) - "Konyaspor" (Türkiyə) - 2:0

Qollar: Sayef, 17, Neto, 33

"Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya) - 2:0

Qollar: : Stepanenko, 5, Kovalenko, 56

İ qrupu

"Şalke" (Almaniya) - "Zalsburq" (Avstriya) - 3:1

Qollar: Qoretska, 15, Çaleta-Sar, 47-öz qapısına., Hovedes, 58 - Soriano, 72
 

"Krasnodar" (Rusiya) - "Nitsa" (Fransa) -- 5:2
Qollar: Smolov, 22, Joazinyo, 33, 65-p., Ari, 86, 90+3 - Balotelli, 42, Siprien, 71

J qrupu

"Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan) - 5:1

Qollar: Babakar, 39, 45+2, Kaliniç, 43, Sarate, 63, 78 - Ndlovu, 90+1

"Slovan" (Çexiya) - PAOK (Yunanıstan) - 1:2
Qollar: Komliçenko, 1 - Atanasiadis, 10-p., 82

K qrupu

"Sparta" (Çexiya) - "İnter" (İtaliya) - 3:1

Qollar: Kadlets, 7, 25,, Qolek 76 - Palasio, 71

"Hapoel" (Beyer-Şeva, İsrail) - "Sauthempton" (İngiltərə) - 0:0 

L qrupu

"Sürix" (İsveçrə) - "Osmanılıspor" (Türkiyə) - 2:1
Qollar: Şenbahler, 45, Çavuşeviç, 79 - Maher, 73
 

"Styaua" (Rumıniya) - "Vilyarreal" (İspaniya) - 1:1
Qollar: Muniru, 20 - Santos Borre, 9

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.