İdman

"Biz "Qarabağ"a hörmətlə yanaşmalı idik"

30 Sentyabr 2016 12:40
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oyuna yanaşmamızdan elə də razı deyiləm. Komandam rəqibi qiymətləndirməmişdi.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Fiorentina"nın baş məşqçisi Paulu Souza "Qarabağ"ı 5:1 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra "Sky Sport İtalia"ya açıqlamasında deyib. 

Portuqaliyalı mütəxəssisin fikrincə, komandası Elvin Yunuszadənin qırmızı vərəqə aldığı 30-cu dəqiqəyədək Azərbaycan təmsilçisinə ciddi yanaşmayıb və nəzarəti ələ ala bilməyib: "Bu, biabırçılıqdır: "Çünki biz rəqibə hörmətlə yanaşmalı idik. Yaxşı tərəflərini və dinamikasını görərək, "Qarabağ"ı hərtərəfli analiz etmişdik. Qırmızı vərəqədən sonra üstünlüyü ələ aldıq və dominantlıq etməyə başladıq. Nəticədə böyük hesablı qələbə qeydə alındı. Bu qələbənin dadını çıxarmalıyıq. Çünki layiq idik. Amma eyni zamanda daha diqqətli olmalıyıq. Hücumlarımızı daha cəlbedici formada qurmağa çalışırıq. Belə oyun tipi, xüsusən, ikinci qol xoşuma gəldi".

Souza Mauro Saratenin qolu xərçəngdən əməliyyat olunan həyat yoldaşına həsr etməsini isə belə dəyərləndirib: "Həyat emosiyalarla doludur. Onun həyat yoldaşına sevgisini göstərmək imkanı oldu. Sarateyə görə şadam". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.