İdman

"Fiorentina"nın baş məşqçisi narazı qaldı

30 Sentyabr 2016 11:55
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qələbə və 5 qol vurmağımız əla nəticədi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşma tərzindən narazıyam.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Fiorentina"nın baş məşqçisi Paulo Souza deyib.

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində dünən "Qarabağ"ı qəbul edən "Fiorentina" 5:1 hesablı qələbə qazanıb.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Souza oyunu və nəticəni şərh edib: "Narazılığım ondan ibarətdi ki, rəqibi düzgün qiymətləndirməmişdik. Bu, baş verməli deyildi. Bu cür futbolçulardan ibarət komanda matçın sonunda qol buraxmamalıdı. Oyundan əvvəl yetirmələrimə demişdim ki, arxayınlaşmaq olmaz. Əfsuslar olsun ki, son dəqiqələrdə qapımızdan top buraxdıq".
 
Souza qeyd edib ki, "Fiorentina"nın heyətində ən çox Nikola Kaliniçin çıxışından razı qalıb: "Ən çox Kaliniçi bəyəndim. Onda futbol ehtirası var. Bu, hər hərəkətində özünü göstərir. Kaliniç həmişə komandası üçün ən yaxşısını etməyə çalışır. Digər futbolçularımda da bu cür yanaşma görəndə dünyanın ən xoşbəxt məşqçisi oluram".   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.