İdman

“Gərək bunu düzəldək” – Martin Şmidt

29 Sentyabr 2016 22:02
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizi çətin oyun gözlədiyini bilirdik. Elə də oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Maynts"ın baş məşqçisi Martin Şmidt deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qəbələ"nin qonağı olan Almaniya təmsilçisi Bakıdan 3:2 hesablı qələbə ilə ayrılıb.

Matçdan sonra mətbuat konfransı keçirən Şmidt bunları deyib: "Matçın sonunda qələbə üçün lazım olan qolu vura bildik. Fasilədə "Qəbələ"nin ikinci hissədə tempi artıracağını bildirdim. Təəssüf ki, Yunus Mallı ilk hissədə epizodu dəyərləndirə bilmədi. Bundan sonra qapımıza penalti təyin edildi, ardınca hesabda geri düşdük. Lakin əvəzetmələrim gedişatı dəyişdi. Bundan sonra daha 2 qol vuraraq, hesabda yenidən önə keçdik. Bizim bu mövsümdəki oyunlarımız bu cür davam edir. Gərək öz üzərimizdə işləyərək, bunu düzəldək. "Bu, bizim Avroliqada ilk qələbəmiz idi. Azarkeşlərimiz üçün də önəmli qalibiyyətdi. Planlaşdırırdıq ki, rəqib meydanlarından xalla qayıdaq, amma əksinə oldu. "Qəbələ"ni dekabrda Mayntsda gözləyirik. Düzdü, hava bir az soyuq olacaq. Amma düşünürəm ki, cavab matçı da belə maraqlı keçəcək".

- Hesabda geri düşəndə hansı hissləri keçirdiz?

- Qollar iki fərdi səhvdən sonra qapımıza vuruldu. Düzdü, meydan faktoru və yağışın yağması da rol oynadı. Amma komandamız fiziki cəhətdən tam hazır idi. Psixoloji hazırlığımız da yerində idi.

- Bu gün meydanda analiz etdiyiniz "Qəbələ"ni gördünüz, yoxsa fərqli komanda var idi?

- Rəqibi yaxşı təhlil etmişdik. Əks-hücumlara yaxşı keçirdi. Xüsusən Dabodan istifadə edirdilər. Komandamız ilk 20 dəqiqə ərzində nisbətən çətinlik yaşadı.

- Dabonun oyununu vurğuladız. Ona nə qədər qiymət verərdiz?

- Videotəhlil zamanı Dabonu yaxşı izləmişdik. Özünü müsbət tərəfdən göstərdiyi epizodlara baxmışdıq. Təkbətək mübarizələrdə güclüdü, müdafiəçilərin onun qabağını kəsməsi çətindi. O ki qaldı transfer qiymətinə, ona klubumuzun rəsmiləri qiymət verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.