İdman

"Messi haqqında həqiqətləri və fikirlərimi deməkdən çəkinməyəcəm"

29 Sentyabr 2016 19:25
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin baş məşqçisi Edqardo Bausa fikirlərinə sərhəd qoymaq istəmir. Təcrübəli mütəxəsis bir neçə gün öncə Messinin 3 həftəlik sıradan çıxmasında "Barselona"nı ittiham etmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Argentina Futbol Federasiyası onun fikirlərinə görə katalon klubundan üzr istəsə də, Bausa dediyindən dönmək fikrində deyil.

"Mənim sözlərim polemikaya səbəb oldu. Amma Messi haqqında həqiqətləri və fikirlərimi deməkdən çəkinməyəcəm. Bunun qıcıqlandırıcı olmasına baxmayaraq. "Barselona" ilə müharibə istəmirəm. Mən həqiqətin ağası deyiləm və faktiki olaraq başqaları kimi öz fikrimi deyirəm. Niyə susmalıyam? Messinin zədəsini Luis Enrike ilə müzakirə etməkdə problemim yoxdur. Bu zədəni məndən yaxşı bilən yoxdur. Mən özüm bundan 4 il əziyyət çəkmişəm. Hətta komanda yoldaşlarımdan xahiş edirdim ki, pilləkəndən düşməyimə kömək etsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.