İdman

Şenol Günəş: "Hesabı 2:0 etsəydik..."

29 Sentyabr 2016 13:31
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Dynamo Kyiv"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı buraxılan qolun komandanı ruhdan saldığını söylədi: "Qola qədər olduqca soyuqqanlı çıxış edirdik. Buraxılan qol cərimə zərbəsi deyildi, futbolçunun ayağı özünə dəydi. Çox bəsit şəkildə qapımızda qol gördük. Halbuki qola qədər matça nəzarət edirdik, hesabı 2:0 etsəyik, meydanı qələbə ilə tərk edəcəkdik, amma qapımızda qol gördükdən sonra ruhdan düşdük və rəqib üstünlüyü ələ aldı. Xal itirdiyimizə görə çox pərişanıq".

Qeyd edək ki, "Beşiktaş" - "Dynamo Kyiv" matçı 1:1 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.