İdman

Bolqarıstan yığmasında yeni baş məşqçi

29 Sentyabr 2016 14:03
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ölkənin futbol ittifaqı Patar Xubçevlə anlaşıb.

52 yaşlı mütəxəssislə DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər müqavilə imzalanıb. O, baş məşqçi postunu tərk edən İvaylo Petevi əvəzləyib.
 
Xubçev daha çox futbolçu kimi Almaniya klubları "Ayntraxt" və "Hamburq"dakı çıxışları ilə tanınıb. Onun baş məşqçilik karyerası isə əsasən vətənində "Slaviya", "Çernomorets", "Botev" və "Beroe"dəki fəaliyyətindən ibarətdir.
 
Bundan başqa, "Ayntraxt"da köməkçi, "Bad Vilbel", həmçinin "Ayntraxt II" və "Volfsburq II"də baş məşqçi olub. Xubçev 2003-05-ci illərdə isə Bolqarıstan millisində köməkçi məşqçi kimi çalışıb.
 
Qeyd edək ki, Bolqarıstan DÇ-2018-in seçmə mərhələsindəki ilk oyununda Lüksemburqa 4:3 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.