İdman

Ronaldudan Emre Mora: "Səndə gələcəyimi görürəm"

28 Sentyabr 2016 14:46
4 Şərh     Baxış: 2 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının II turu çərçivəsində İspaniya "Real"ı Almaniyada "Borussia" Dortmundun qonağı olub. Maraqlı keçən qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqlənib - 2:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra "Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu ilə türkiyəli gənc futbolçu Emre Morun söhbəti diqqət çəkib. Ronaldu Mora: "Səndə öz gəncliyimi görürəm", - deyib.

Dortmundun 19 yaşlı gənc ulduzu öz "Twitter" hesabında Ronaldu ilə fotosunu paylaşaraq bu sözləri yazıb:  "Həyatınızı arzulamayın. Xəyalınızı yaşayın". Məni hər gün motivasiya edən sözlər üçün sağ ol, Kriştianu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.