İdman

"Ellardays çaşqındır və səhvə yol verdiyini qəbul edir"

28 Sentyabr 2016 20:45
0 Şərh     Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Futbol Assosasiyasının icraçı direktoru Martin Qlenn "The Telegraph" nəşrinin korrupsiyada "ilişdirdiyi" Sem Ellardaysın istefaya göndərilməsindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Qlenn 61 yaşlı mütəxəssisin də əməlindən peşman olduğunu bildirib.

"Çətin 24 saat oldu. KİV-lərin məlumatından sonra qərara gəldik ki, Semin davranışı millinin baş məşqçisinə qətiyyən yaraşmır. O, bununla razılaşdı. Ellardays çaşqındır və səhvə yol verdiyini qəbul edir. Fikrimcə, indi etdiyinə görə peşmandır. Amma onunla yolları ayırmaq qərarımızı başa düşür. Bu qərar bizim üçün çox çətin oldu. Semi yenicə baş məşqçi təyin etmişdik. Bu vəifəyə tam uyğun gəlirdi. Ellardaysın böyük uğurlar qazana biləcəyini düşünürəm. Lakin FA düzgün davranış prinsiplərinin tərəfində durmalıdır. Bir qaydaları müəyyən edir və onları dəqiq tətbiq edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.