İdman

Ellardays yığmadan biabırçılıqla qovuldu - FOTO

27 Sentyabr 2016 23:59
0 Şərh     Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin futbol üzrə yığma komandasının baş məşqçisi Sem Ellardays tutduğu postunu tərk edib.
Milli.Az The Guardian-a istinadən bildirir ki, 61 yaşlı Ellardaysın istefasını İngiltərə Futbol Assosiasiyası qəbul edib.

Sem Ellardays jurnalist araşdırmasının qurbanıdır. The Telegraph qəzetii xüsusi təhqiqat aparıb və bu zaman qəzetin iki jurnalisti özlərini məşqçiyə Asiyadan olan iş adamları kimi təqdim etmişdilər.

Bu "biznesmen"lərlə iki görüş zamanı Ellardays onlara İngiltərədəki futbol klublarının transfer anlaşmalarından gəlir əldə etməkdə yardım göstərməyə boyun olub, əvəzində 400 min funt-sterlinq istəmişdi.

S.Ellardays İngiltərə Futbol Assosiasiyasının qaydalarından yan keçməyin yollarından da danışıb.

İngiltərə Futbol Assosiasiyası S.Ellardaysı faktiki olaraq qovub. Yaxın 4 matçda İngiltərə yığmasının baş məşqçisi səlahiyyətlərini Qaret Sautqeyt icra edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.