İdman

“Bunu əvvəlcədən planlaşdırmışdıq” – Seymur Rəhimov

27 Sentyabr 2016 22:08
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının VI turunun son oyununda səfərdə "Neftçi"ni məğlub edən "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov oyunsonrası mətbuat konfransında jurnalitslərin suallarını cavablandırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Samir Abasov cəzalı olduğundan mətbuat konfransında onu əvəz edən Rəhimov matçla bağlı bunları deyib:

- Gərgin oyun keçdi. 3 xal həm "Neftçi"yə, həm də bizə lazım idi. Şükür ki, biz qazandıq. Hər oyuna qələbə üçün çıxırıq. Tapşırılar düzgün yerinə yetiriləndə, nəticə də yaxşı olur.

- Rail Məlikovun oyunundan razı qaldız?

- Məlikov təcrübəli futbolçudu. Bu gün bir az zədəsi də var idi. Buna görə erkən əvəzləməli oldum.

- Əvəzetmələri telefonla Samir Abasov edirdi...

- Bəli, bunu əvvəlcədən planlaşdırmışdıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.