İdman

Xanım idmançıdan MARAQLI AÇIQLAMA

27 Sentyabr 2016 17:27
1 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur tennisçi Serena Uilyams məşqçisi Patrik Muratoqlounun Fransanın Nice şəhərində açdığı idman akademiyasının açılışına qatılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Serena övladları olacağı təqdirdə onların tennislə məşğul olmaqlarını istəmədiyini bildirib. 35 yaşlı idmançı gələcəkdə uşaqlarının tennisci ananın övladları kimi tanınmaqlarını istəmədiyini deyib. O, onların öz istədikləri yolla getməklərini və belə uğur qazanmaqlarını daha məqsədə uyğun bilir. 

Karyerasında 309 matçda qələbə qazanan, 22 dəfə çempion olan Uilyams adının ikinci pilləyə düşməsinə də münasibət bildirib. Rio-2016-nın yarımfinalında mübarizənı dayandıran idmançı səhhəti ilə bağlı problemi olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.