İdman

"Dünyanın ən güclü futbolçusu..."

28 Sentyabr 2016 07:37
0 Şərh     Baxış: 1 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin eks çalışdırıcısı Sezar Luis Menotti dünyanın ən yaxşı futbolçusu kimi İniestanı görür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis "Barselona"nın oyunçusu haqqında bunları deyib:

"Elə futbolçular var ki, onların oyun keyfiyyətləri müzakirə olunmur. Mənim üçün dünyanın ən yaxşı futbolçusu Andres İniestadır. O, rəqibləri aldadır, qol vurur, məhsuldar ötürmələr verir, oyunu oxumaq bacarığı var, qara işləri də görür. Bir neçə dəfə "Qızıl top"a namizədlər sırasında olub. Amma bu mükafatı heç vaxt qazanmayıb. Bəlkə də, onu lazımi qədər reklam etmirlər. İniesta özü isə elə asta danışır ki, bəziləri onun nə qədər güclü olduğunu bilmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.