İdman

Samir Abbasov cəzalandırıldı, AZAL-a xəbərdarlıq olundu

27 Sentyabr 2016 20:15
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt", həmçinin VI turun baş tutan 3 matçı ilə bağlı qərarlar verilib.

Qəbələdəki matçda meydançaya azarkeşin daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ" oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.
 
VI turun AZAL - "İnter" matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.