İdman

Əfsanəvi Totti 40 yaşında!

27 Sentyabr 2016 14:18
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın futbolçusu Françesko Tottinin bu gün yubileyidir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusunun 40 yaşı tamam olur.

F.Totti 1976-cı il sentyabrın 27-də Romada doğulub.

Onun peşəkar futbol karyerası 1991-ci ildən başlayıb. 1993-cü ildə "Roma"nın əsas komandasında debüt edib. O vaxtdan da indiyə kimi klub səviyyəsində ancaq bu komandada oynayıb.

Totti "Roma"da 763 oyuna 306 qol burub.

O, 1998-2006-cı illərdə İtaliya millisinin əsas komandasında çıxış edib (58 oyun, 9 qol).

O, 40 yaşında olmasına baxmayaraq, hazırda da "Roma"da çıxış edir və bu mövsüm A seriyasında qol da vura bilib.

F.Tottini ad günü münasibəti ilə Lionel Messi, Fernando Torres və bir çox məşhur futbolçular təbrik ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.