İdman

"Zəhmətkeşlik mənim vizit kartımdır"

27 Sentyabr 2016 19:23
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Feyenord"un 36 yaşlı hücumçusu Dirk Kuyt karyerasını başa vurmaq istəmədiyinə işarə vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland oyunçu bunları qeyd edib:

"Karyeramın qürub çağı olsa da, bunu hiss etmirəm. Futbol oynamaq xoşuma gəlir və formamı saxlamaq üçün mümkün olanı edirəm. Əvvəlki kimi ambisiyalıyam. Gücüm və oyundan həzz almaq hissim qalana qədər meydana çıxacam.

Müəyyən mənada çıxış etdiyim bütün klublar oxşardır. Rotterdam, Liverpul və İstanbul işgüzar insanların toplaşdığı liman şəhərləridir. Bu, mənim də vizit kartımdır. Zəhmətkeşlik qanımdadır. Taledən şikayət etmək lazım deyil. Bu xüsusiyyətimə görə insanlar mənə minnətdar olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.