İdman

Asiya kubokunun sahibi bilindi

31 Yanvar 2015 21:21
0 Şərh     Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Futbol üzrə Avstraliya milli komandası Asiya çempionatının qalibi olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, Avstraliyada keçirilən çempionatın finalında Koreya Respublikasını 2:1 hesabı ilə məğlub edən ev sahibləri ilk dəfə olaraq qitə birincisi adını qazanıblar.

Avstraliyalılar oyunun 45-ci dəqiqəsində Massimo Luonqonun qolu ilə hesabda irəli çıxıblar. Lakin qarşılaşmanın ikinci hissəsinin son dəqiqələrində Heunq Min Son hesabı bərabərləşdirib - 1:1. Qalibi müəyyən etmək üçün əlavə olunmuş vaxtda (görüşün 115-ci dəqiqəsində) Ceyms Troisi Avstraliyanı hesabda 2:1 irəli çıxarıb.

Hər iki komanda çempionatda "A" qrupunda mübarizəyə başlamışdı. Qrup mərhələsi çərçivəsində keçirilən oyunda Koreya Respublikası 1:0 hesabı ilə qalib gəlmişdi.

Çempionatda üçüncü yer uğrunda oyunda isə Birləşmiş Ərəb Əmirliklərinin milli komandası İraq yığmasını 3:2 hesabı ilə məğlub edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.