İdman

Müxbirlər baş məşqçinin "torbasını 400 minə tikdilər" - YENİLƏNİB - FOTO

27 Sentyabr 2016 12:43
0 Şərh     Baxış: 2 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:43

İngiltərə Futbol Federasiyası (İFF) ölkə millisinin baş məşqçisi Sem Ellardaysla bağlı araşdırmalara başlayıb.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə  görə, buna səbəb 61 yaşlı mütəxəssisin korrupsiya tələsinə düşməsidir.

"The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini Sinqapur və Honkonqdan gələn biznesmen kimi təqdim edərək, Ellardaysla iki görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından qeyri-qanuni yolla gəlir əldə etmək istədiklərini bildiriblər. O isə 400 min funt-sterlinq qarşılığında onlara kömək etmək barədə razılıq verib.

İddialara görə, S.Ellardays sözügedən şəxslərə oyunçuların transferləri üzrə İFF-nin müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib.

Qeyd edək ki, Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib. Həmçinin bu görüşlə bağlı şəkil mətbuatda yayılıb. Bundan sonra İFF baş məşqçi ilə bağlı araşdırmaya başlayıb. 

İngiltərə mətbuatı yazıb ki, İFF S.Ellardaysı etdiyi hərəkətə görə bu gün istefaya göndərəcək.

-----------

10:14

İngiltərə millisinin meneceri Sem Ellerdaysın adı rüşvət qalmaqalında hallanır.

Milli.Az "Dailymail"ə istinadla xəbər verir ki, Sem ona özünü çinli biznesmenlər kimi tanıdan müxbirlərlə 400 min funtluq qalmaqallı müqavilə imzalayıb.

Belə ki, özünü çinli iş adamları kimi tanıdan, əslində isə Teleqraf qəzetinin müxbirləri Sem ilə 10 ay boyunca görüş təşkil ediblər. Bütün görüşləri kameraya çəkən müxbirlər ondan çinli futbolçuları İngiltərəyə necə sata biləcəkləri mövzusunda yardım istəyiblər. Millinin meneceri isə 400 min funt-sterlinq qarşılığında onlara kömək edəcəyini, futbol qaydalarını pozacağını söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.