İdman

"Bəzi insanlar bu hərəkətimə görə məni heç vaxt bağışlamayacaq"

26 Sentyabr 2016 23:54
0 Şərh     Baxış: 1 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leicester City"nin hücumçusu Ceymi Vardi "Jamie Vardy: From Nowhere, My Story" adlı avtobioqrafik kitabını təqdim etməyə hazırlaşır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu 2015-ci ildə baş verən hadisəni belə xatırlayıb:

"Bizim bir çox səhvlərimiz zamanla unudulur. Amma 2015-ci ilin iyulunda baş verən insidenti yaddaşımdan silmək çətindir. "İrqçi" kəlməsi adımın qarşısında işlədilməyə başlandı. Bu, kriminal dosyedən daha pisdir. Bəzi insanlar bu hərəkətimə görə məni heç vaxt bağışlamayacaq. Başqaları böyük səhv etdiyimi başa düşəcək. Bundan nəticə çıxarmışam. Uşaqlarım You Tube-a atalarının adını yazanda onlara "İrqçi Ceymi Vardi" kimi axtarış sözləri təklif olunur. Eynilə Google-da olduğu kimi. Bu, çox pisdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.