İdman

"Boavişta"da Kamran Ağayevi əvəzləyəcək qapıçı bəlli oldu

26 Sentyabr 2016 13:54
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin keçdiyi "Boavişta" klubunda ciddi qolkiper problemi yaşanır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu qənaətə Portuqaliya mətbuatı gəlib.

Həmkarlarımız Kamranın Vəli Qasımovdan sonra Portuqaliya çempionatında debüt edən ikinci azərbaycanlı futbolçu olduğunu vurğulayaraq, Ervin Sançesin 30 yaşlı yeni transferə güvənməsinin səbəblərinə də toxunub. Söhbət heç də onun "Porto" ilə debüt qarşılaşmasında 1:3 hesablı məğlubiyyətdə pay sahibi olmasından getmir. Sadəcə, komandada qapıçı problemi ciddiləşib.
 
Onların fikrincə, 6 çempionat oyununda 4 qapıçı dəyişən "Boavişta"dakı problem Mikanın transferi ilə başlayıb. İlk 3 matçda "çərçivə"ni qoruyan əlcək sahibi İngiltərə "Sanderlend"ini keçməklə sabiq komandasını çıxılmaz vəziyyətdə qoyub.
 
Nəticədə mütəxəssis hər matçda bir qapıçıya güvənir. Portuqaliya mətbuatı növbəti turla bağlı da proqnoz verib: "Mika gedəndən sonra "Braqa" ilə görüşdə Mamadu Ba 0:3, Mikael Meyra "Farense" ilə ev matçında 1:2 hesablı məğlubiyyətin iştirakçısı oldular. İndi də azərbaycanlı qapıçı ilə məğlubiyyət qeydə alınıb. Bəs "Boavişta" indi qabağa necə gedəcək? Sançesin sərəncamında 18 yaşlı Fabio Meskita da var. Ona da debüt şansı verə bilər".
 
Maraqlıdı ki, "Boavişta" nəinki 6 matçda, bütün çempionatda 4 qapıçıdan yararlanmağı sevən komanda deyil. Hər mövsümü 2-3 qapıçı ilə yola verib. Sonuncu dəfə 4 qapıçıdan istifadə olunan mövsüm 1952/53 olub. 64 ildən sonra eyni halla üzləşən komanda Ağayevi də ehtiyata atıb, Fabioya güvənsə, sonuncu 5-ci olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.