İdman

Karateçilərimiz 6 medal qazandı

26 Sentyabr 2016 13:49
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar.

Milli.Az report-a istinadən xəbər verir ki, 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan yığma 72 ölkə arasında 4-cü nəticə göstərib.

7 görüş keçirən Asiman Qurbanlı (+84 kq) ilə 6 rəqibini məğlub edən İrina Zaretska (68 kq) nüfuzlu fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Firdovsi Fərzəliyev (60 kq) ikinci, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medal qazanıblar. 

Azərbaycan Karate Federasiyasının I vitse-prezidenti Rəhman Hətəmovun rəhbərlik etdiyi nümayəndə heyətində milli komandanın məşqçilərindən Seymur Hüseynov, yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.