İdman

"Poqbanı başqa kluba aparmağı ağlına gətirmə"

26 Sentyabr 2016 12:32
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zlatan mənə deyirdi: "Poqbanı başqa kluba aparmağı ağlına gətirmə""

İtaliyalı futbol agenti Mino Rayola isveçli ulduz Zlatan İbrahimoviçin ötən yay Pol Poqbanın "Mançester Yunayted"ə transferini maraqla gözlədiyini qeyd edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rayola Hollandiya mətbuatına bunları deyib:

"Zlatan mənə deyirdi: "Poqbanı başqa kluba aparmağı ağlına gətirmə. Yoxsa ayaqlarını sındıraram". Poqba hələ komandada öz yerini tapmalıdır. Mən onun sol cinahda hücumameyilli yarımmüdafiəçi kimi oynamasını düzgün hesab edirəm. Qüvvəsi, dayanıqlığı və texnikası sayəsində Pol həmin mövqe üçün əvəzedilməz oyunçu olardı. Amma qərarları Mourinyo verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.