İdman

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının ¼ finalında məğlub olub

26 Sentyabr 2016 08:08
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kolumbiyada keçirilən  futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, tarixində ilk dəfə dünya çempionatında çıxış edən Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşıb.

Kali şəhərində baş tutan görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız turnirdə mübarizəni dayandırıb. 
 
Portuqaliya futzalçıları dünya çempionatının yarımfinalında  Argentina  yığması ilə qarşılaşacaq. Digər yarımfinalda Rusiya və İran milliləri güclərini sınayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.