İdman

"Yalnız kağız üzərində əla komandayıq"

25 Sentyabr 2016 12:16
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" Premyer Liqanın 6-cı turunda "Arsenal"a 0:3 hesabı ilə uduzub.

Goal.az xəbər verir ki, matçdan sonra "zadəganlar"ın baş məşqçisi Antonio Konte bunları deyib:

"Fikrimcə, matçın ilk dəqiqələrindən lazımi motivasiya ilə oynamadıq. Bu məğlubiyyətdən sonra üzərimizdə çox işləməliyik. Çünki yalnız kağız üzərində əla komandayıq. Komandanın səhvləri individual səhvlərdən həmişə öndədir.

Qurulan mexanizm işləməyəndə bir futbolçunun gedişatı dəyişməsi çox çətindir. Biz kollektiv halında qalib gəlir və uduzuruq. Meydanda və kağız üzərində güclü komanda olmaq üçün çox şeyi düzəltmək lazımdır. Düzgün balans tapılmalıdır. 3 qol buraxmağımız inanılmazdır. Ötən mövsümü göz önünə gətirib eyni səhvləri etməmək tələb olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.