İdman

Messi ilə Neymar elə adama "yox" dedilər ki... - VİDEO

18 Sentyabr 2016 14:54
0 Şərh     Baxış: 3 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın "The Sun" qəzzeti yazır ki, "Mançester Siti" Messi ilə Neymarın nümayəndələri ilə 3 dəfə görüşüblər. 

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, danışıqların əsas səbəbkarı isə Pep Qvardiola olub. Bəllidir ki, katalon mütəxəssis Messini çox yüksək qiymətləndirir, onu ideal oyunçu sayır, Neymarı isə hələ "Bavariya"da baş məşqçi olarkən alman klubunda görmək istəmişdi. 

Ancaq həm argentinalı, həm də braziliyalı klub yoldaşları "bu  saat" "Barselona"nı tərk etmək istəmədikləri səbəbindən Pepə "yox" deyiblər. 

Yeri gəlmişkən, "The Sun" yazır ki, "Barsa"nın "üçbaşlı əjdaha"sından ikisinin "Mançester Siti"nin təklifindən imtinası klubda vəziyyəti gərib: Pep oyunçuların fiziki cəhətdən güclü olmaları üçün onların qarşısında şərt qoyub - ya hər şeyinizi ortaya qoyursunuz, ya da qapını arxadan bağlayırsınız.  

Videonu izləmək üçün şəklə klikləyin:
Pep Guardiola's reaction to Messi's Nutmeg, Neymar Chance and Rakitic Goal!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.