İdman

Azərbaycan Rioda daha iki medal qazandı! - FOTO

18 Sentyabr 2016 09:12
1 Şərh     Baxış: 2 074

Azərbaycan millisi "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında daha iki medal qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, üzgüçümüz Dmitri Saleh 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saleh məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Azərbaycan idmançısı İradə Əliyeva "Rio-2016" XV Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

İdmançımız nizə atma idman növündə 42.58 metr nəticə göstərərək ikinci yerə çıxıb. Bu, Azərbaycanın paralimpiya yığmasının sayca 11-ci medalıdır. Komanda 1 qızıl, 8 gümüş və 2 bürünc qazanıb. Yığmamız komanda hesabında 47-ci yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nura · 18 Sentyabr 2016 09:1500

    Ugurlarimiz cox olsun InsAllah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.