İdman

Rio-2016: Azərbaycan iki medal qazandı

14 Sentyabr 2016 07:01
1 Şərh     Baxış: 2 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Dmitri Saley gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, D.Saley məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.

Finala yüksələrkən, D.Saley məsafəni 1:08,68 saniyəyə qət edərək qrupda ikinci olub.

X X X

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu Rioda keçirilən XV Yay Paralimpiya oyunlarında uzunluğa tullanma yarışın final mərhələsində gümüş medal qazanıb.

Sentyabrın 18-dək davam edəcək Paralimpiya Oyunlarında Azərbaycanı 24 idmançı təmsil edəcək. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 41-dir. Bu göstərici "London-2012" ilə müqayisədə çoxdur.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 64 qızıl, 57 gümüş, 40 bürünc olmaqla 161 medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.