İdman

İdmançımız Rioda finala yüksəldi

12 Sentyabr 2016 17:06
1 Şərh     Baxış: 2 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə Azərbaycan üzgüçüsü finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.

On üç atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub.

Xatırladaq ki, R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında dördüncü olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.