İdman

Bu gün Rioda 6 idmançımız medal üçün yarışacaq

12 Sentyabr 2016 12:24
0 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə - sentyabrın 12-də Azərbaycan idmançıları atletika və üzgüçülük yarışlarında qüvvələrini sınayacaqlar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Roman Saley 400 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edəcək. Atletika yarışlarında digər paralimpiyaçımız Yelena Çebanu çıxış edəcək. Atletimiz 200 metr məsafəyə qaçış yarışlarında finalda gücünü sınayacaq. Finalda atletimizin rəqibləri almaniyalı Katrin Muller-Rotqard, Kuba təmsilçisi Omara Durand və Ukraynadan Oksana Boturçuk olacaq. Beləliklə, həlledici yarışda medal qazanan paralimpiyaçılar müəyyənləşəcək. Xatırladaq ki, ötən gün təsnifat mərhələsində yarışan idmançımız məsafəni 24,16 saniyəyə qət edərək finala vəsiqə qazanmışdı.

Kişilərin 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında ilk mərhələdə Azərbaycan yığmasının atletləri Elçin Muradov, Elmir Cəbrayılov, Kamil Əliyev, Oleq Panyutin medallar uğrunda mübarizəyə qoşulacaqlar. Komandamız birinci qrupda Braziliya və Özbəkistan idmançıları ilə yarışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.