İdman

Rio-2016: Azərbaycan cüdoçusu finalda - YENİLƏNİB

8 Sentyabr 2016 20:36
2 Şərh     Baxış: 2 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:36

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Trend-in məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz yarımfinalda yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gəlib.

Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

-----------

19:14

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Milli.Az xəbər verir ki, Trend-in məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoya qalib gəlib.

Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.