İdman

Millimizin rəqibləri: Almaniya və Çexiya qalib gəldi, Norveç uduzdu

1 Sentyabr 2016 09:10
0 Şərh     Baxış: 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox milli komandalar beynəlxalq yoldaşlıq oyunlarında güclərini sınayırlar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandamız dünən matça çıxmasa da həm komandamızın rəqibləri, həm də milli çempionatımızda çıxış edən futbolçuların ölkələri yoldaşlıq oyunlarının iştirakçıları sırasındadılar.

"Qəbələ"nin futbolçusu Sergey Zenyovun da meydana çıxdığı oyunda Estoniya millisi Malta ilə bərabərliyə razılaşıb. Pribaltikalıların yeganə qoluna Zenyov imza atıb.
 
Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya isə Ermənistan millisi ilə qarşılaşıb. Matç çexlərin 3:0 hesablı darmadağını ilə yekunlaşıb.
 
Seçmə mərhələdəki digər həmqrupumuz Norveç isə Belarusa uduzub - 0:1.
 
Gecənin digər oyunlarında Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi Mərakeşlə qolsuz bərabərliyə razılaşıb. Rəqibimiz Almaniya isə Finlandiyanı iki cavabsız qola "qonaq edib".
 
Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da gücünü sınayanlar arasındadı. "Ay-ulduzlular" Şimal qonşumuz Rusiya ilə heç-heçə oynayıb - 0:0.
 
Hazırlıq oyunları
31 avqust
 
Estoniya - Malta - 1:1

Qollar: Zenyov, 57 - Effionq, 59
 
Norveç - Belarus - 0:1
Qol: Krivets, 56
 
Çexiya - Ermənistan - 3:0
Qollar: Kreyçi, 4, Kadleç, 34, Kopiç, 86
 
Danimarka - Lixteynşteyn - 5:0
Qollar: Yorgensen, 30, 33, Kornelius, 49, Fişer, 26, Larsen, 84
 
Albaniya - Mərakeş - 0:0
 
Türkiyə - Rusiya - 0:0
 
Almaniya - Finlandiya - 2:0

Qollar: Mayer, 55, Məsut, 77
 
İrlandiya - Oman - 4:0
Qollar: Breydi, 8, Kin, 30, Valters, 34, 63

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.