İdman

Zaqreb “Dinamo”sunun sabiq futbolçusu "Qəbələ"yə keçdi

1 Sentyabr 2016 08:53
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" "transfer pəncərəsi"nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücum xəttini Ruslan Qurbanovla gücləndirən "qırmızı-qaralar" xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıb.
 
25 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb.Futbolda ilk addımlarını "Kroatia Sesvete" klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb "Dinamo"sunun gənclərdən ibarət heyətinə cəlb edilib.
 
Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə "Dinamo"ya məxsus olub. O, bu müddətdə icarə əsasında "Lokomotiv" (2010), "Radnik" (2010-2013) və "İstra"nın (2013) formasını geyinib. "Dinamo" ilə müqaviləsi başa çatandan sonra Petar "İstra" (2014-2015) və "Split"də (2015-2016) çıxış edib.
 
Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.