İdman

Azərbaycanlı futbolçu Rumıniyanın "Astra" klubuna keçib - RƏSMİ

31 Avqust 2016 18:33
3 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbolçunun özü hazırda San Marino ilə oyunu düşündüyünü deyir

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib. Milli.Az bildirir ki, bu barədə "Report"-a klubun mətbuat xidmətinin rəhbəri Marian Dima məlumat verib.

Onun sözlərinə görə, artıq iki klub arasında razılaşma əldə olunub: "Neftçi" ilə razılaşmışıq. Hazırda Araz milli komandanınm düşərgəsindədir və San Marino yığması ilə oyuna hazırlaşırlar. O, millinin düşərgəsindən qayıtdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək".

A.Abdullayev isə açıqlamasında hazırda bütün diqqətini milli komandaya yönəltdiyini bildirib: "Qarşıda DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunumuz var. Bu oyundan qayıtdıqdan sonra hansısa məsələ haqda danışmaq olar".
Qeyd edək ki, Curcu şəhərini təmsil edən "Astra" klubu ötən mövsüm Rumıniya çempionatının qalibi olub. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rumıniyada yay "transfer pəncərəsi" sentyabrın 5-də bağlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.