İdman

"Bəraət axtarmaq istəmirəm"

31 Avqust 2016 19:28
0 Şərh     Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kristal Pelas" klubunun hücumçusu Kristian Benteke "Liverpul"da möhkəmlənə bilməməsinin səbəbini məşqçi dəyişikliyi ilə əlaqələndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı forvard bunları deyib:

""Liverpul"a transferimin fiasko olduğunu düşünmürəm. Transfer baş tutanda məşqçi başqa şəxs idi. Yeni çalışdırıcı taktiki sxemə görə məni komandada görmədi. Asan deyildi, bir kənarda qalmışdım. Bəraət axtarmaq istəmirəm. Meydana çıxdığım bir neçə dəqiqə ərzində daha yaxşı oynamaq mümkün idi. "Liverpul" böyük klubdur. Sənə münasib məşqçinin gəlməyini gözləmək olmaz. Futbolçunun karyerasında çox şeylər baş verir. Heç nəyə görə peşman deyiləm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.