İdman

İspaniyalı hücumçu rəsmən "Arsenal"da

31 Avqust 2016 09:10
0 Şərh     Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" yeni transferini təqdim edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "topçular" "Deportivo"nun hücumçusu Lukas Peresin keçidini rəsmiləşdirib.

London təmsilçisi keçidi bəyan etsə də, müqavilənin detalları barədə heç bir məlumat verməyib. Ancaq yayılan informasiyaya görə, "Deportivo" bu transferdən 20 milyon avro əldə edib. 28 yaşlı forvardın isə 3 və ya 4 illik müqavilə imzaladığı bildirilib.
 
Qeyd edək ki, Lukas Peres ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.