İdman

"Karyeram ərzində kifayət qədər pul qazanmışam"

31 Avqust 2016 08:37
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zenit"in baş məşqçisi Mirça Luçesku azarkeşlərin ona ünvanladığı sualları cavablandırıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəsisin müsahibəsini təqdim edir.

- Məşqçilik karyeranız ərzində xeyli titul qazanmısız. "Zenit"də motivasiyanız necədir?

- İlk növbədə, Rusiya çempionu olmaq. İdman motivlərindən başqa heç nədən söhbət gedə bilməz. Pullar məni maraqlandırmır. Karyeram ərzində kifayət qədər qazanmışam. Buna görə mənə "Zenit"in nəticələri vacibdir.

- Rusiya çempionatında prinsipial rəqib kimi hansı klubu görürsüz?

- Hələ ki, "Lokomotiv" və CSKA ilə oynamışıq. Burda iş təcrübəm böyük olmadığından derbiləri müqayisə edə bilmirəm. Hazırda bütün oyunlara eyni gözlə baxıram.

- Futbolçularla məsafə saxlamağa, yoxsa dost olmağa üstünlük verirsiz?

- Məşqçi öz fəlsəfəsini oyunçulara çatdırmağı bacarmalıdır. Təbii ki, bu iş yaxşı dost münasibətləri olduqda mümkündür. Buna zorla nail olmaq çətindir. Birlikdə qalib gəlir və uduzuruq.

- Geridə qalan Avropa çempionatını futbolun inkişafı nöqteyi nəzərindən qiymətləndirin. Hansı yeni tendensiyaları müşahidə etdiniz?

- Həyatın bütün sahələri kimi futbol da inkişaf edir. Hamı taktiki, fiziki və psixoloji baxımdan artırır. Futboldakı dəyişikliklər digər idman növlərinə nisbətən qabarıq nəzərə çarpmır. Məsələn, Olimpiya idman növlərində tez-tez rekordlar qırılır. Hazırlıq planı getdikcə çətinləşir. Oyunçular yeni tələblərə uyğunlaşmağı bacarmalıdır. Bugünkü oyun ritmi əvvəlkindən xeyli fərqlənir.

- Futbol tarixinin ən yaxşısı kimdir?

- Hər dövrün öz böyük futbolçusu olub. Konkret birini seçmək düzgün deyil. Mən futbol oynayanda Pele ən yaxşı idi. Ona qədər Alfredo Di Stefano. Sonra Bekkenbauer və Kruyff ortaya çıxdı. Bütün nüfuzlu turnirləri təhlil etsək, müəyyən nəticəyə gələ bilərik. Məsələn, 1958-ci il mundialı texnikalı futbol sarıdan xatırlanır. Həmin turnirin qəhrəmanı Pele oldu. 1962-ci ildə fiziki hazırlıq ön plana çıxdı. Çempionat sərt oyun, çoxsaylı zədələrlə yadda qaldı. Həmin vaxt bu cür futbola öyrəşən Çexoslovakiya ikinci oldu. Braziliya isə görünmədi. Hər çempionat əvvəlkindən fərqlənib.

- Komandada qalib psixologiyasını necə formalaşdırmaq olar?

- Xarakteri formalaşdırmaq olar, temperament insanda anadangəlmədir. Öz üzərində işləməyi sevən, təslim olmayan kəslər şəxsiyyətə çevrilir. Qabaqcıl şəxslərlə rəqabət aparırsan, məşqçi və komanda yoldaşlarınla ünsiyyət qurursan və xarakterin formalaşır. Əsl şəxsiyyətlər liderə çevrilir. Hər şey təhsil və mədəniyyətdən asılıdır. Lider doğulmurlar. Maksimum səy göstərib bu səviyyəyə çıxmaq mümkündür.

- Çox dil bilirsiz. Ən çətin hansını öyrənmisiz?

- Ən çətin dil öyrənmək istəmədiyin dildir.

- Hansı ölkənin mətbəxini sevirsiz?

- Aralıq dənizi - italyan, ispan, yunan mətbəxini. Türk mətbəxinin bəzi yeməklərini xoşlayıram.

- Ailəniz Sankt-Peterburqdadır? Övladlarınız və nəvələriniz nə ilə məşğul olur?

- Burda həyat yoldaşımla yaşayıram. Oğlum futbol məşqçisidir. Yunanıstanın "Ksanti" klubunda çalışır. Qız nəvəm İngiltərədə, oğlan nəvəm isə Hollandiyada universitet bitirib. Yaxın vaxtlarda mütləq Peterburqa gələcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.