İdman

“Qarabağ” “Slovan”ı “Dalğa Arena”da qəbul edəcək

30 Avqust 2016 20:38
1 Şərh     Baxış: 1 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Slovan" komandasını (Liberets, Çexiya) Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da qəbul edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.

Ə.Çəlikəl stadion seçimi barədə UEFA-nı da məlumatlandıracaqlarını və təsdiq cavabı alacaqları təqdirdə "Slovan" komandasını "Dalğa Arena"da qəbul edəcəklərini bildirib. "Qarabağ" komandasının digər ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklərini bildirən klub rəsmisi deyib: "Hazırda Respublika stadionunda ot örtüyünün təmirinə başlanılıb. Düşünürəm ki, ikinci oyuna qədər öz stadionumuz hazır vəziyyətə gələcək və oyunlarımızı orada keçirəcəyik".

"Qarabağ"-"Slovan" oyunu sentyabrın 15-də keçiriləcək. Ağdamlılar oktyabrın 20-də Yunanıstanın PAOK, dekabrın 8-də isə İtaliyanın "Fiorentina" komandalarını qəbul edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.