İdman

""Fənərbağça" ilə danışıqlar aparmamışıq"

29 Avqust 2016 21:20
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nin ekçmiş futbolçusu Mussa Sounu qaytarmaq fikri baş tutmayacaq. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən yay "Al Ahli"yə keçən hücumçu karyerasını BƏƏ klubunda davam etdirəcək.

"Sou komandanı tərk etmək haqqında heç nə deməyib. Türkiyə mediasında çıxan xəbərləri oxumamışam. Amma Mussanın transferi məsələsində "Fənərbağça" ilə danışıqlar aparmamışıq. "Al Ahli"nin 4 əcnəbi futbolçusu var. Onlardan biri getmək istəsə, son sözü baş məşqçi Kozmin Olaroiu deyəcək. Mussa Sounun performansından razıyıq" - klub rəsmisi Səid Ubeyd deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.